11 may 2012 14:12
Terimə Fenerbahçe ilə derbi öncəsi şad xəbər
Türkiyənin “Galatasaray” klubu “Fenerbahçe” ilə derbi oyunu öncəsi şad xəbər alıb. Azerisport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası “sarı-qırmızılar”ın cəzalı baş məşqçisi Fatih Terimə texniki zonaya daxil olmaq icazəsi verib.
Terim “Trabzonspor”la matçda hakimi söydüyü üçün 3 oyunluq cəzalanmış və “Beşiktaş” derbisini tribunadan izləməli olmuşdu. Dünən isə “Galatasaray”ın etirazına baxan TFF-nin Apellyasiya Komitəsi Terimin qalan 2 oyunluq cəzasını 1 il müddətində təxirə salıb. 1 il ərzində “İmperator” eyni hərəkəti təkrarlasa bu cəza yenidən qüvvəyə minəcək.
