11 may 2012 13:24
İnter Rusiyada ən yaxşı oldu
Mayın 3-dən 7-dək Rusiyanın Yessentuki şəhərində Böyük Vətən Müharibəsində Qələbənin 67-ci ildönümünə həsr olunmuş uşaqlar arasında futbol üzrə açıq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirə “İnter”in 2000 və 2001-ci il təvəllüdlü futbolçulardan ibarət iki komandası qatılıb.
2001-ci il təvəllüdlü futbolçulardan ibarət komanda turnirdə 5 matç keçirib. İlk qarşılaşmada “İnter” “Spartak”(Nalçik) komandasını 2:1 hesabıyla məğlub edib. Sonra Rövşən Babayevin yetirmələri Vladiqafqazın “Alaniya” komandasına qalib gəliblər - 4:0. 3-cü turda “İnter” “Aksay” komandasını darmadağın edib - 9:0. “Pyatiqorsk” komandasıyla oyunda da eyni hesab qeydə alınıb - 9:0. Son matçda isə “İnter” “Qloriya”(Yessentuki) komandasına şans verməyib - 5:1. Beləliklə, Rövşən Babayevin yetirmələri yüz faizlik nəticə ilə turnirin qalibi olublar.
2000-ci il təvəllüdlü futbolçuların iştirak etdiyi turnirdə də “İnter” ilk matçda “Diqora” komandasını 4:0 hesabla məğlub edib. Növbəti turda Yaşar Abdulovun yetirmələri Yessentuki klubu üzərində 4:0 hesabıyla qələbə qazanıblar. Sonradan “İnter” “Alaniya” komandasıyla sülh bağlayıb-2:2. 3-turda “bankirlər” “Pyatiqorsk” komandasını 2:0 hesabıyla məğlub etsə də, son turda “Kislovodsk” komandasına 1:3 hesabıyla məğlub olub. Beləliklə, Yaşar Abdulovun yetirmələri turniri 2-ci yerdə başa vurublar.
