12 may 2012 19:55
Millimizin forvardı mövsümü məğlubiyyətlə bitirdi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" bu gün Türkiyə Super Liqasında növbəti, eyni zamanda son oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvünün çıxış etdiyi komanda qardaş ölkə çempionatının final mərhələsinin son turunda “Eskisehirspor” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Cihanın komandası bundan maksimum yararlanıb, qələbə qazanmaq istəyindəydi. Lakin sivaslılar bu görüşdən də məğlub ayrılıblar.
Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana da şans verib. Millimizin üzvü meydana yalnız 88-ci dəqiqədə çıxıb və komandasına heç nə ilə kömək edə bilməyib.
Türkiyə Super Liqası
Super Final
Avroliqa qrupu
12 may
Sivasspor - Eskişehirspor - 1:3
