22 fevral 2012 16:04
Aslan Kərimov milli komandanın baş məşqçisinə köməkçisi oldu
Fevralın 10-dan 17-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın C kateqoriyalı məşqçi kursları keçirilib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Nikolay Adamın rəhbərliyi ilə baş tutan kursda 18 məşqçi iştirak edib.
“Sumqayıt” Futbol Klubunun məşqçisi Aslan Kərimov kurslarda Nikolay Adamın köməkçisi kimi çıxış edib:
“Nikolay Adamın rəhbərliyi ilə AFFA tərəfindən UEFA-nın C kateqoriyalı məşqçi kurslarında almaniyalı mütəxəssisin köməkçisi kimi çıxış etmişəm. Ümid edirəm ki, gənc məşqçilərin püxtələşməsində bütün biliklərimizi onlara çatdıra bilmişik”.
