4 fevral 2012 13:56
Böyükağa Hacıyev: Onlara oyunumuzla cavab verəcəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Türkiyənin Antalya şəhərində Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsindəki üçüncü yer uğrunda oyunda Rusiyanın “Terek” klubu üzərində qazandıqları qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Turnirdəki nəticənizi necə qiymətləndirərdiz? 4 oyuna 10 qol güman ki, xoş təsir bağışlayan amillərdəndi...
- Düzünü deyim ki, işimin bəhrəsini bu turnirdə görəcəyimə inanırdım. Düşünürəm ki, hamınız nəyə qadir olduğumuzu, nələri bacardığımızı gördünüz. Oyun stili, meydandakı hərəkət, oyunçuların çalışması – bütün bunlar mənə inanan futbolçuların xidmətidi. Hansı ki, mən də onlara inanıram. “Neftçi” mən bu komandaya gələndən yaxşı nəticələr göstərir. Mənə qədər oyun stili fərqliydi. Amma mən hər şeyi dəyişdim. Hücum mənim üçün çox vacibdi. İndi bütün faktlar göz önündədi. Vurduğumuz qolların heç biri təsadüfi deyildi. Hamısını çətinliklə vurduq. Bütün bunlar da məşqlərimizin bəhrəsidi.
- Bu qələbələrdən hansını xüsusi qeyd edərdiniz?
- Hər biri xoş idi. Öncə Polşa “Poloniya”sını (3:1), ardından “Paxtakor”u (3:1) və “Terek”i (3:0) yendik. Sonuncu oyunda iki fərqli hiss keçirdik. Buna da oyunun çox erkən saatda keçirilməsi səbəb oldu. Çünki biz heç zaman o vaxt oyuna çıxmamışdıq. Digər tərəfdən 5 günə 3 oyun keçirmək də çox çətindi. Əsl fiziki yüklənmədi.

- Oyunçulardan kimi qeyd edərdiz?
- “Neftçi” bir kollektivdi. Əlbəttə, öz fikirlərim var, amma onları ürəyimdə saxlayıram. Komandada hər bir futbolçu göstərir ki, istənilən anda vəziyyətə müdaxilə edə bilir.
- “Neftçi” bir kollektivdi. Əlbəttə, öz fikirlərim var, amma onları ürəyimdə saxlayıram. Komandada hər bir futbolçu göstərir ki, istənilən anda vəziyyətə müdaxilə edə bilir.
- Komanda turniri əsas liderlərindən biri – Flavinyo olmadan keçirdi. “Neftçi” çempionatda da onsuz çıxış edə biləcək?
- “Bakı”yla elə oynayacağıq. Mən bütün futbolçularımı sevirəm, onlara inanıram. Mənim üçün əvəzolunmaz futbolçu yoxdu. Bu, həm Flavinyoya aiddi, həm də digərlərinə.
- “Bakı”yla elə oynayacağıq. Mən bütün futbolçularımı sevirəm, onlara inanıram. Mənim üçün əvəzolunmaz futbolçu yoxdu. Bu, həm Flavinyoya aiddi, həm də digərlərinə.
- “Neftçi” hücum futbolu oynasa da, Azərbaycandakı qazonların durumu buna heç də münbit şərait yaratmır...
- Bu, Azərbaycanda futbolun inkişafına mane olan ən önəmli amillərdən biridi. Türkiyədə tam fərqlidi, bizim stadionlarda isə...
- Çoxlu gənc futbolçulara şans verirdiz. Onlardan hansınınsa tezliklə əsas heyət üzvünə çevrilməsi mümkündü?
- “Neftçi”də əsas heyət oyunçusu yoxdu. Əgər 25 futbolçunun hansı öz işinin öhdəsindən 100 faiz gələ bilirsə, hazır olursa, meydana da o çıxır. Digər tərəfdən Kənan Manaflıyla İlham Allahverdiyevi xüsusi qeyd etməyə bilmərəm. Onlar bu turnirin tapıntılarıdı və gələcəkdə komandanın liderləri ola bilərlər.

- Sizin bəzi açıqlamalarınız azarkeşlər tərəfindən o qədər də xoş qarşılanmır...
- Bilirəm ki, bəziləri məni sevmir. Amma mənim də öz azarkeş qrupum var.
- Komandanızın oyununda xoşunuza gəlməyən məqamlar var?
- Belə deyim: mən “Neftçi”ylə qazanmağın yolunu bilirəm. Amma bunu açıqlamıram. Qoy rəqiblərimiz özləri bunu tapsınlar.
- Belə deyim: mən “Neftçi”ylə qazanmağın yolunu bilirəm. Amma bunu açıqlamıram. Qoy rəqiblərimiz özləri bunu tapsınlar.
- Niyə bu qış güclənməyə ehtiyac duymadınız?
- Bu sualı klubun vitse-prezidenti Tahir Süleymanova ünvanlayın. İstənilən yeni futbolçu üçün kollektivə alışması, uyğunlaşması üçün 6 ay lazım gəlir. Bizdə isə cəmi 3 ay sonra çempionat başa çatır. Belə olan halda o yeni futbolçu mənim nəyimə lazımdı?

- Sonda çempionatdakı əsas rəqibləriniz barədə də sual vermək istərdik. Özü də yalnız klublar yox, baş məşqçilər müstəvisində...
- Əgər söhbət “İnter” və “Xəzər Lənkəran”dan gedirsə, mən onlara oyunumuzla cavab verəcəm.