31 yanvar 2012 11:36

Rail Məlikov: Paxtakora qarşı fərqli taktika olacaq

"Neftçi”nin müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibəsində hazırda Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsindəki çıxışlarını, eləcə də finala çıxmaq şanslarını dəyərləndirib.
 
- Polşalılarla oyundan öncə uşaqların bu matça daha yaxşı köklənməsinin vacibliyini qeyd etmişdiniz. Deyəsən, istədiyiniz oldu...
- Bunsuz mümkün idimi? Oyundan öncə ciddi söhbətimiz olmuşdu. Oyunçularımız hamısı xarakter nümayiş etdirməliydilər. Belə köklənmə “Metallist”lə oyunda yox idi. “Poloniya”ya qarşı biz sərt oynamağa üstünlük verdik, pressinq tətbiq etdik.
 
- Oyundan sonra rəqibin baş məşqçisi Yatsek Zelinski bildirdi ki, “Neftçi” onları əks-hücumlarla yendi...
- Bu, bizim seçimimiz idi. “Metallist”lə görüşdə açıq oyuna üstünlük verdik ki, bu da bəlkə lazım deyildi. Amma son oyunda öz oyun sistemimizi, nəyi necə edəcəyimizi konkret bilirdik. Öz gücümüzü göstərib, qələbə qazanmaq istəyirdik. Demək olar ki, Rauf Mehdiyevdən tutmuş Bahodir Nasimova kimi hər kəs öz işini dəqiq gördü, səhvsiz oynadı. Hər şeyi özünüz gördünüz.
 
- İlk oyunda səhvlərə yol verən Saşa Stamenkoviçin bu dəfə Rauf Mehdiyevlə əvəzlənməsi diqqətdən yayınmadı...
- Rauf əla oynadı, həqiqətən söz ola bilməz. Bu üzdən də digər oyunçular da ön xəttdə inamlı oynaya bilirdilər. İlk oyunda məncə, Stamenkoviç ikinci qolda səhvə yol verdi. Qapısını toxunulmaz saxlaya bilərdi. Həmin anda hesab bərabər idi və hər şey ola bilərdi. Amma həmin məğlubiyyətin günahkarı tək qapıçı yox, bütün komanda idi. Ümumiyyətlə, bu, bizim komandaların ən yaralı yeridi: qol buraxdınsa, toparlanmaq çətin olur.
 
- “Neftçi” beşinci oyununda ilk qələbəsini qazandı...
- Oyunçularda yüklənmə çox idi. Drezden “Dinamo”suna uduzsaq da, heç-heçəlik oyun idi. Amma istənilən halda toplanışlardakı oyunların hamısında qələbə qazanmaq vacib də deyil. Əsas oyunlarımız çempionatın qalan dövründədi. Onlara hazır olub, qələbə qazanmalıyıq. Həmçinin “Metallist”ə qarşı da oynamaq maraqlı idi. Güclü rəqiblərlə oynamaq həm xoşdu, həm də çempionata daha yaxşı hazırlaşmağa şərait yaradır. Məsələn, “Poloniya” da Polşanın üçüncü komandasıdı, hazırda liderdi. Amma belə oyunlarda qazanılan qələbələr çempionatda da ən güclü olacağımız anlamına gəlmir.
 
- Bu turnir komandalar üçün çox faydalı olsa da, böyük bir çatışmazlıq ondadı ki, 170 min dollarlıq mükafat yalnız iki komanda arasında bölünür...
- Əminəm ki, bu turnir bizim komandaya da faydalı olacaq. Əgər turniri uğurla bitirsək, daha yaxşı olardı. Amma həmin mükafat haqda xüsusi düşünməyə dəyməz. Hər halda düzgün sistem deyil. Necə olur ki, üçüncü yeri tutacaq komanda kənarda qalır, yalnız finalçılar qazanmış olur? Təəccüblüdü. Lakin vacib deyil. Əsas odu ki, “Paxtakor”u udaq.
 
- “Paxtakor”la oyunda qələbə “Neftçi”ni finala çıxaracaq?
- Bəli, bizə “Paxtakor”u böyük hesabla udmaq lazımdı. Eyni zamanda “Metallist”in polşalılara məğlub olmasını arzulayacağıq. Bu oyunların eyni vaxtda keçirilməməsini başa düşə bilmirəm. Belə olmaz. Bu, idman prinsiplərinin pozulmasıdı.

 
- Zelinski bildirir ki, “Neftçi” onlara qarşı sərgilədiyi oyunu “Paxtakor”a da qarşı göstərsə, qələbə qazanacaq...
- Bax bunu baş məşqçidən soruşsaz, daha yaxşı olardı. O, tapşırıqları verir, biz yerinə yetiririk. Düşünürəm ki, bu oyun üçün başqa taktika, temp olacaq.
 
- Yəqin razılaşarsız ki, “Poloniya” ilə oyunun əsas qəhramanlarından biri Emin Mehdiyev idi. Sizcə, o, artıq əsas heyətdə oynamağa layiq deyilmi?
- O, istedadlı oyunçu olduğunu dünən də göstərdi. Yaxşı dirblinqləri, zərbələri var. Amma öz üzərində daha çox çalışmalıdı. Daha çox işləməlidi ki, Flavinyo ilə rəqabətdən qalib ayrılsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.