30 yanvar 2012 00:10
İngiltərə Kuboku: Arsenal da növbəti mərhələdə! (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya Kubokunda 4-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin ilk günündə 2 görüş baş tutub.
Səfərdə “Watford”la qarşılaşan “Tottenham” minimal hesabla qələbə qazanaraq, növbəti mərhələyə adlayan ilk komanda olub. “Everton” isə “Fulham”lə üz-üzə gəlib. Bu görüşdə isə meydan sahibləri çətin qələbə sayəsində, mərhələ adlamağa nail olub.
İkinci oyun günündə baş tutan görüşlərdən ikisində qalib müəyyənləşməyib. Belə ki, "Blackpool" - "Sheffield W" və "Millwall" - "Southampton" görüşləri sülhlə bitib. Bu üzdən sözügedən komandalar reqlamentə görə bir həftə sonra təkrar oyunda üz-üzə gəlməlidilər.
Qalan cütlərdə isə növbəti mərhələyə vəsiqənin sahiblərini bir oyunda müəyyənləşdirmək mümkün olub. Şübhəsiz ki, bu mərhələnin ən maraqlı dueli "Liverpool" - "Manchester United" oyunu idi. Meydan sahibləri bu amildən yararlanaraq, "qırmızı şeytanlar"ı mübarizədən kənarlaşdırmağı bacarıblar. "Liverpool" kimi, "Chelsea", "Bolton", "Stoke City", "Crawley", "Leicester", "Birmingham", "Stevenage", "Norwich" və "Brighton & Hove" də növbəti mərhələyə adlamağa nail olub.
Son oyun günündə isə "Sunderland" və "Middlesbrough" növbəti mərhələyə vəsiqənin sahibini bir oyuna müəyyənləşdirə bilməyib. Bu üzdən də sözügedən komandalar cavab oyunu keçirəcəklər. "Arsenal" isə çətinliklə də olsa, "Aston Villa" səddini keçə bilib.
Nəticələrlə aşağıda tanış ola bilərsiz:
İngiltərə Federasiya Kuboku
4-cü mərhələ
27 yanvar
27 yanvar
Watford – Tottenham – 0:1
Everton – Fulham – 2:1
28 yanvar
Queens Park - Chelsea - 0:1
Liverpool - Manchester United - 2:1
Blackpool - Sheffield W - 1:1
Bolton - Swansea - 2:1
Derby County - Stoke City - 0:2
Hull City - Crawley - 0:1
Leicester - Swindon - 2:0
Millwall - Southampton - 1:1
Sheffield United - Birmingham - 0:4
Stevenage - Notts County - 1:0
West Bromwich - Norwich - 1:2
Brighton & Hove - Newcastle - 1:0
29 yanvar
Sunderland - Middlesbrough - 1:1
Arsenal - Aston Villa - 3:2
