28 yanvar 2012 20:55

İnter Ukrayna klubu ilə sülh bağladı (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri bu dəfə Ukraynanın “Volın” klubu ilə üz-üzə gəliblər.
 
Qeyd edək ki, bu komandanı Anatoli Demyanenko çalışdırır. Hansı ki, bu mütəxəssis vaxtilə “Neftçi”nin sükanı arxasında çalışıb və “bankirlər”lə oyun onun üçün ilk deyildi.
 
Tərəflər çox çalışsalar da, 90 dəqiqə ərzində qol vura bilməyiblər. Nəticədə, qarşılaşma heç-heçə başa çatıb.
 
Sonda onu da xatırladaq ki, paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı - 1:3. Albaniyanın “Skenderbeu” klubu ilə görüş sülhlə başa çatmışdı – 0:0. Türkiyənin aşağı divizion təmsilçisi “Konya Şekerspor” ilə matçda isə 3:2 hesablı qələbə qeydə alınmışdı.

Yoxlama oyunu
28 yanvar
 
İnter - Volın - 0:0
 
"İnter"in start heyəti: Georgi Lomaya, Valeri Abramidze, Danildo Assioli, Vladimir Levin, Arif Daşdəmirov, İlia Kandelaki, Branislav Çervenka, Tarasov, Samir Zərgərov, Asif Məmmədov, Girt Karlson.
 
Matç başladı
Hələlik bərabər səviyyəli oyun gedir
Kandelaki hesabı açmaq üçün yaxşı şansı əldən verir
Görüş çox sakit tempdə keçir
Mübarizə əsasən meydanın mərkəzindədi
Hissənin sonlarında "İnter" fəallığı artırıb
Zərgərovun uzaqdan zərbəsi qeyri-dəqiqdi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Daşdəmirov inanılmaz epizodu qaçırır
Ukraynalıların təhlükəli hücumu zamanı "İnter"i qapı dirəyi qoldan xilas edir
"Volın" artıq oyuna nəzarəti tam ələ alıb
Yeri gəlmişkən qeyd edək ki, bu oyunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və müdafiəçi Rəşad Sadıqov da izləyir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.