27 yanvar 2012 18:49
Sumqayıt Almaniya klubuna məğlub oldu (YENİLƏNİB)
“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, gənclik şəhərinin təmsilçisi bu gün qardaş ölkədə növbəti yoxlama oyununa çıxıb.
Bernard Raabın komandası Almaniyanın “Plauen” klubu ilə üz-üzə gəlib. "Arcadia Limak” otelinin stadionunda baş tutan görüşün ilk yarısında qapılara qol vurulmayıb. Amma fasilədən sonra iki qol vuran almanlar qələbə qazanan tərəf olublar.
Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paderborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.
Yoxlama oyunu
27 yanvar
Sumqayıt - Plauen - 0:2 (0:0)
"Sumqayıt"ın start heyəti: Sahil Kərimov, Slavik Alxasov, Bədavi Hüseynov, Tərlan Quliyev, Eşqin Quliyev, Samir Abasov, Uğur Pamuk, Ramil Həşimzadə, Yasin Abbasov, Timur İsrafilov, Orxan Həsənov.
Matç başladı
Birinci hissənin sonlarında "Sumqayıt" real qol vəziyyətini boşa verir. Həsənov penaltidən yararlana bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
60-cı dəqiqədə almanlar hesabı açırlar - 0:1
65-ci dəqiqədə Almaniya təmsilçisi daha bir qol vurur - 0:2
Matç başa çatdı
