27 yanvar 2012 00:27
İnter Neftçinin sabiq baş məşqçisinə qarşı
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" qardaş ölkədə daha bir sınaq matçı keçirəcək. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri Ukrayna klubu ilə qarşılaşacaqlar.
Rəqib isə “Volın” komandası olacaq. Bu barədə sözügedən komandanın baş məşqçisi Anatoli Demyanenko məlumat verib. Hansı ki, bu mütəxəssis vaxtilə “Neftçi”nin sükanı arxasında çalışırdı. Sözügedən matçın yanvarın 28-də keçirilməsi nəzərdə tutulub.
Sonda onu da xatırladaq ki, paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı. Həmin oyunda bakılılar 1:3 hesablı yenilgi ilə üzləşmişdilər. Albaniyanın “Skenderbeu” klubu ilə görüş sülhlə başa çatmışdı – 0:0. Türkiyənin aşağı divizion təmsilçisi “Konya Şekerspor” ilə görüşdə isə 3:2 hesablı qələbə qeydə alınmışdı.
