27 yanvar 2012 11:51
Sumqayıtın rəqibi dəyişdi
“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda qonşu ölkədə bu gün növbəti yoxlama oyununa çıxacaq.
Bernard Raabın komandası planlaşdırıldığı kimi “Dinamo” Drezden klubunun əvəzediciləri ilə üz-üzə gəlməli idi. Lakin bəzi səbəblərə görə, komandanın rəqibi dəyişib. Bakı vaxtı ilə 17:00-da “Arcadia Limak” otelinin stadionunda baş tutacaq oyunda “Sumqayıt” Almaniyanın “Plauen” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paterborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.
