27 yanvar 2012 11:06
Əfran da Qarabağın düşərgəsini tərk etdi
“Qarabağ”da dizindən zədələnən Qara Qarayevin müalicə olunması üçün İstanbula yola salındığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq daha bir futbolçu Türkiyənin ən böyük şəhərinə yollanıb.
Komandanın yarımmüdafiəçisi Əfran İsmayılov da İstanbulda bərpa və gücləndirici çalışmalar yerinə yetirəcək. Amma Qaradan fərqli olaraq Əfranın səfəri daha qısa olacaq. 3 gün həkim nəzarəti altında xüsusi çalışma yerinə yetirəcək 23 yaşlı futbolçu yenidən komandanın düşərgəsinə dönəcək.
Əfranın yanvarın 31-də “Petrolul Ploiesti” ilə keçiriləcək yoxlama oyununa yetişəcəyi gözlənilir.
