27 yanvar 2012 17:15
Fabio Luis Braziliyaya qayıtmalı oldu
“Bakı”nın təcrübəli yarımmüdafiəçisi Fabio Luis Ramim Braziliyaya qayıtmaq məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının da şərəfini qoruyan milliləşmiş braziliyalı oyunçu hazırda zədədən əziyyət çəkir.
Ona ən azı bir ay yaşıl meydanlardan uzaq qalmaq lazımdı. Məhz üzdən Ramim vətəni Braziliyaya qayıtmağa üstünlük verib.
Zədəsini sağaltdıqdan sonra isə yarımmüdafiəçi paytaxt klubu ilə danışıqlar stolu arxasına oturacaq. Belə ki, klub rəhbərliyi Ramimi transferə çıxarsa da, o, özünə yeni iş yeri tapa bilməyib. Bu üzdən də Fabio mövsümün sonuna kimi “zolaqlılar”ın heyətində qalmağa çalışacaq.
