27 yanvar 2012 16:35
Neftçi Metallist ilə başlayacaq
Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin püşkatmasından sonra oyunların təqvimi də müəyyənləşib. Azerisport.az xəbər verir ki, Antalyada keçiriləcək turnirdə qüvvəsini sınayacaq “Neftçi”nin də oyunlarının vaxtı artıq bəllidi.
Belə ki, Azərbaycan çempionu turnirə Ukraynanın “Metallist” (Xarkov) klubu ilə oyunla start verəcək. Sözügedən qarşılşama yanvarın 29-da keçiriləcək.
Bir gün sonra – yanvarın 30-da paytaxt klubunu Polşa təmsilçisi “Poloniya” ilə oyun gözləyir. Nəhayət, qrupdakı son matçında “Neftçi” fevralın 1-də Özbəkistanın “Paxtakor” klubu ilə üz-üzə gələcək.
