27 yanvar 2012 15:46

Böyükağa Hacıyev rəqiblərinə meydan oxudu

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin püşkatmasından öncə azerisport.az saytının suallarını cavablandırıb.
 
- İndi “Neftçi”nin rəqibləri müəyyənləşəcək. Kimlərlə oynamağı istərdiniz?
- Fərqi yoxdu. Bu turnirdə özümüzə rəqib seçə bilmərik. “Metallist”, “Volın” və “Terek” kimi komandalara qarşı oynamaq həmişə maraqlıdı.

- Şəxsən siz bu turnirə nə dərəcədə ciddi yanaşırsız?
- Çox ciddi. Orda da Azərbaycan futbolundakı inkişafı göstərməliyik. Özü də digər klublarla müqayisədə bizdə legioner futbolçular azdı. Çalışacağıq ki, “Neftçi” ölkəmizi bu turnirdə layiqincə təmsil etsin.

- Hədəfiniz nədi?
- Əlbəttə ki, qarşımıza ən yüksək hədəfləri qoymuşuq. Finala çıxmağı arzu edirik.

 
- Buna qədər Antalyada üç oyun keçirmişdiniz. Keyfiyyət sizi qane edir?
- Əgər biz qarşımıza qələbə qazanmaq vəzifəsini qoysaydıq, bu hədəfimizə çatacağımıza şübhə etmirəm. Sadəcə, həmin oyunlar vaxtı biz daha çox fiziki hazırlıqlara fikir verirdik. Həmin oyunlara futbolçular yorğun çıxmışdılar. Belə olanda çatışmazlıqlar daha çox diqqət çəkir.
 
- Premyer Liqadakı digər rəqiblərinizi də izləyirsiz?
- Yalnız “Bakı”nı görə bilmişəm. Onlar çoxlu transferlər edirlər. Amma unutmayın ki, futbolçunun uyğunlaşması üçün 5-6 ay lazım gəlir.
 
- “Neftçi” artıq yeni futbolçu almayacağını qətiləşdirib?
- Xeyr, mənə heç kim lazım deyil. “Neftçi” necə başlamışdısa, elə də davam edir.
 
- “Bakı”nın futbolçuları artıq indidən “Neftçi” üzərində qələbəyə kökləniblər...
- “Bakı”nın əsas problemi ondadı ki, komandadan çoxlu futbolçu gedib. Bu, klubun stilinə və büdcəsinə mənfi təsir göstərir. “Neftçi”ni məğlub etmək üçün “Bakı” gecə-gündüz məşq etməlidi. Bu, yalnız onlara yox, bütün rəqiblərimizə aiddi. Odu ki, “Xəzər Lənkəran”, “İnter” və “Bakı”ya üzümü tutub deyirəm ki, gecə-gündüz məşq edin!
 
- Demək istəyirsiz ki, qarşıdakı oyunlar üçün heç bir plan qurmursuz?
- İnanın ki, yox. Düşünürəm ki, hələ buna tezdi. Fevralın 10-dan sonra düşünmək olar. Çünki bir şey haqda çox düşünəndə, o arzunu həyata keçirmək çətinləşir.
 
- Siz, əminsiz ki, “Neftçi” çempion olacaq?
- Hər şey Tanrının əlindədi. Bizi böyük marafon gözləyir. Şadam ki, bizə ciddi yanaşırlar. Mən hələ rəqiblərimizə “Neftçi”ni dayandırmaq üçün yeni variantlar tapmağı da məsləhət görürəm. Sizə bir sirr açım: “Neftçi” yeni taktikayla oynayacaq. Onlar onu anlayıb, analiz edənə qədər, çempionat başa çatacaq. Biz öz yolumuza davam edirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.