27 yanvar 2012 14:57
“Bakı bu dəfə yaxşı oyun sərgilədi”
“Bakı”nın futbolçusu Vilson Junior Rumıniyanın “Panduri” klubuna qarşı keçirilən yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“İlk təlim-məşq toplanışı zamanı biz güclü rəqiblərlə yoldaşlıq oyunu keçirdik. Bu oyunlarda məğlub olduq. Onlara qarşı oynamaq çətin idi. Bu oyunda biz qələbəyə layiq idik. “Bakı” bu dəfə yaxşı oyun sərgilədi. Buna görə komandanı təbrik edirəm. Əlbəttə, məğlub olduq, nəticə ürəkaçan deyil. Amma yoldaşlıq oyunlarında nəticə önəmli deyil”.
