27 yanvar 2012 01:15

Elvin Məmmədov: Hər şey özümdən asılıdı

“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, yoxlama matçlarından, yığmaya qayıtmaq arzusundan, eləcə də hərbi xidmətə çağırılmasından danışıb.
 
- Azərbaycanda çoxları sizin artıq hərbi xidmətə yollandığınızı düşündüyü bir vaxtda, siz Türkiyədə təlim-məşq toplanışındasız...
- Elədi. Klubdan mənə dedilər ki, məşqlərimlə məşğul olum, hər şeyi özləri həll edəcəklər. Elə də oldu. Mən yığmanın futbolçusuyam. Bu üzdən güzəşt almaq mümkündü. Mətbuatda onu düzgün qeyd etdilər ki, bu işdə AFFA öz dəstəyini əsirgəmədi. Amma bütün bunlar haqda məndə dəqiq informasiya yoxdu.
 
- Türkiyə toplanışı necə gedir?
- Biz toplanışıa Hollandiyanın “AZ Alkmaar” və Almaniyanın “İngolstadt” klublarına məğlubiyyətlə başladıq. Birincidə 90, ikincidə 80 dəqiqə oynadım. Starkov sonuncu “Panduri” ilə oyunda da mənə özümü göstərmək şansı verdi. Reallıq ondan ibarətdi ki, Azərbaycan klubları Hollandiya və Almaniya komandalarından zəifdi. Onlarla qarşılaşmalar da bunu göstərdi.
 
- Az buraxa bilməzdiz?
- 1:5 – normal nəticə deyil. Mən bunda sizinlə razıyam. Biz oynadığımız kimi oynamamalıydıq. Amma mən bunu faciəyə çevirməyin əleyhinəyəm. Özü də biz zəif komandaya uduzmamışıq. Toplanışda əsas məqsəd daha yaxşı oynamağı öyrənməkdi.
 
- Niyə “Bakı” qol vura bilmir?
- Bizdə problem yalnız hücumda deyil. Əgər bu qədər qol buraxırıqsa, deməli komandada problemlər var. Ən acınacaqlısı odu ki, yaradılan qol epizodlarından lazımınca yararlana bilmirik. Mən özüm də hücum xəttində oynayıram və etiraf edirəm ki, az qol vururuq. Hazırda bunu həll etmək üçün əlimizdən gələni edirik.

- Hamı 2011-ci ili sizin üçün uğursuz hesab edir. Razısız?
- “Qarabağ”da normal oynayırdım. Meydana az çıxsam da, öz oyunumu göstərirdim. Sonradan zədə aldım. Ondan sonra da qısa zaman ərzində bərpa olmaq mümkünsüz oldu.
 
- İndi sizi çox ciddi rəqabət gözləyir. Qorxmursuz ki, əsas heyətə düşə bilməyəcəksiz?
- Mən rəqabətdən qorxmuram. Mən həmişə demişəm ki, Azərbaycana güclü legionerləri dəvət etmək lazımdı. Əgər mən zəif olsam, ehtiyatda qalmağa hazıram. Öz üzərimdə çalışmaq və əsas heyətə düşmək istəyirəm. Starkovun son oyunlarda mənə şans verməsi də göstərir ki, baş məşqçi mənə inanır.
 
- Final mərhələsinə az qalıb. Nə gözləyirsiz?
- Təsnifat mərhələsindəki qalan dörd oyunumuz çox çətindi. Xüsusilə də “Neftçi” ilə oyunumuz. Biz onlara qarşı ikiqat güclə oynamalı olacağıq. Belə oyunlarda qazanılan 3 xal çox şeyi həll edir. Bizim başqa çıxış yolumuz yoxdu.
 
- AFFA legioner limitini aşağı salmağa hazırlaşır. Sizcə, bu, nə qədər vacib dəyişiklikdi?
- Bu məsələ ölkə çempionatı üçün çox vacibdi. Gənclərdən ibarət yığmalarımız uduzan kimi, mətbuat tənqid edir. Amma başqa bir məqam da var: klublarında ehtiyatda oturan gənclərdən nə tələb etmək olar ki? Qazaxıstanda klublar hər oyunda meydana 2-3 gənc oyunçu buraxmağa məcburdu. Bizdə isə ancaq legionerlər barədə düşünürlər.
 
- Berti Foqtsdan qarşıdakı toplanışa dəvət gözləyirsiz?
- O, son toplanışda bildirdi ki, məni izləyir və çempionatdakı oyunlarıma da baxacaq. Mənə özümü yaxşı tərəfdən göstərmək lazımdı. Onda almaniyalı mütəxəssisdən dəvət ala bilərəm. Yəni hər şey özümdən asılıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.