27 yanvar 2012 13:12
Aleksandr Starkovdan tənqid və razılıq
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Türkiyənin Antalya şəhərində Rumıniya “Panduri”sinə qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis 0:1 hesabıyla uduzduqları görüşün moldovalı hakimlərindən narazı qaldığını bildirib:
“Biz heç də pis oynamadıq. Oyunumuz kifayət qədər yaxşı alındı. Xüsusilə də ikinci hissədə çoxlu qol epizodlarımız oldu. Jabanın vəziyyətləri oldu, Verpakovskinin də şansları var idi. Nəzərə alsaq ki, əsas heyətin 3-4 futbolçusu matçda iştirak etmirdi, gördüklərimdən razı qaldığımı deyə bilərəm. Nəticədən yox, oyunumuzdan razıyam. Məni bu oyunda daha çox bir şey təəccübləndirdi. İlk dəfə idi ki, yoxlama matçında hakimin bir tərəf üçün fit çaldığının şahidi olurdum.Matçı idarə edən moldovalı referi üçün bütün tənqidlər azdı. Bu, çox böyük bir qeyri-peşəkarlıq idi”. (fcBTv)