Bakı Rumıniya klubu ilə dueldən məğlub ayrıldı (YENİLƏNİB)
26 yanvar 2012 21:50
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən “Bakı” bu gün qardaş ölkədə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun yetirmələri bu dəfə Rumıniyanın "Panduri" klubu ilə üz-üzə gəliblər.
Görüşdə uzun müddət qapılara qol vurulmayıb. Lakin son dəqiqələrdə rumınlar qələbə qolunu vurmağı bacarıblar.
Qeyd edək ki, “zolaqlılar” Antalyadakı ilk sınaq matçında Hollandiya çempionatının lideri “AZ Alkmaar”la üz-üzə gəlmişdilər. Lakin Starkovun komandası çox ağır yenilgi ilə üzləşmişdi - 1:5. Elə Almaniyanın birinci liqa təmsilçisi “İngolstadt 04” klubu ilə qarşılaşmada da “Bakı” 4 cavabsız qolla yenilmişdi.
Yoxlama oyunu
26 yanvar
Bakı - Panduri - 0:1 (0:0)
Qol: Dimitru, 89.
Matç başladı
Meydanda bərabər səviyyəli oyun gedir
Tərəflərdən hansınınsa üstün oldugunu demək çətindi
Qarşılıqlı hücumlar olsa da, hesabı açmaq heç kimə nəsib olmur
Yeri gəlmişkən qeyd edək ki, oyun güclü yağış altında keçirilir
38-ci dəqiqədə Jaba əla qola imza atsa da, yan xətt hakimi onun ofsaydda olduğunu bildirir
Elvin Məmmədovun əla zərbəsini rəqib qapıçı yeni gözəlliklə dəf edir
Şarliya da komandasını qoldan xilas edir
"Panduri"nin hücumu zamanı top dirəkdən dönür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
89-cu dəqiqədən buraxılan bir səhv "Bakı"nın qapısına qol vurulması ilə nəticələnir - 0:1
Matç başa çatdı
Baxılıb: 512

