26 yanvar 2012 11:28

“Limit altıya da ensə, bizim üçün problem olmaz”

“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak azerisport.az saytına müsahibəsində Türkiyə toplanışının gedişindən, komandasının durumundan və şanslarından danışıb.
 
- Sizinlə yanaşı rəqibləriniz də Türkiyədə hazırlıq keçməkdədilər. Premyer Liqanın digər klublarını nəzarətdə saxlayırsızmı?
- Ancaq mətbuatdan izləyirik. Amma o qədər də dərindən yox. Daha çox öz hazırlığımıza fikir veririk.

- Nə əcəb sizin üçün qarşıda oynayacağınız rəqibləriniz necə gücləndiyi, nə etdiyi maraqlandırmır?
- Tutaq ki, mən qarşı tərəf olaraq “Qəbələ”nin oyunlarını izləyirəm. Bu komanda iki yoxlama matçı keçirdi və hər ikisində məğlub oldu. İndi bu, o deməkdi ki, “Qəbələ” zəifdi və istənilən komanda onu asanlıqla yenə bilər? Axı bu, sadəcə hazırlıqdı. Oxumuşdum ki, “Kəpəz” baxışa bir futbolçu dəvət edib. Onun adı mənə heç nə demir. Yaxud “Xəzər Lənkəran”ın “Wolfsburg”la oyununda Elnur Allahverdiyev əvəzedici heyətlə oynayıb. Halbuki, bütün bunlar indi o qədər də önəmli olmayan məqamlardı.
 
- Qazaxıstan “Atırau”suna və Ukrayna “Krivbass”ına eyni hesablı (1:2) məğlubiyyətlər sizi narahat etmədi ki?
- Bu oyunlarda nəticə önəmli deyil. Bu mərhələdə bizim üçün daha vacib olan məsələlər var. Biz də əsas gücü onlara yönəltmişik. Komanda ruhunu yaxşılaşdırmaq lazımdı. Fiziki və taktiki hazırlığa daha çox fikir veririk.
 
- Yoxlama matçlarında nəticənin önəmsiz olduğunu deyirsiz. Bu, komandanın oyununa təsir göstərmirmi?
- Nəticə indi mənə maraqlı deyil. Əgər istəsəydik, nəticə üçün oynayardıq. Amma onda da bizim üçün vacib olan məqamlar yaddan çıxacaqdı. Biz fərqli səviyyəyə çıxmaq istəyirik. Ondan sonra Premyer Liqada da nəticələrimiz olacaq.
 
- Hazırkı heyət qalacaq?
- Komandada 27 futbolçu var. Düşünürəm ki, bu, az deyil. Amma daha bir oyunçu almağı düşünürük. Onun kim olduğu, haralı olması, hansı mövqedə oynaması haqda sizə heç nə deməyəcəm. Sadəcə, onu deyə bilərəm ki, hazırkı heyət çox yaxşıdı və onunla uğur qazanmaq olar.
 
- Yannik Kamanan özünü göstərə bilirmi?
- Mən komandadan nəticə gözləmədiyim kimi, Kamananın da qol vurub-vurmamasına diqqət yetirmirəm. Ona indi hazırlaşmaq və komandaya uyğunlaşmaq daha vacibdi. Premyer Liqa və kubok oyunlarında qol vurmaq üçün çox şansı olacaq.
 
- Mövsümün qalan hissəsinin startına kimi nə planlarınız var?
- Hazırlaşmalı olacağıq. Proqram üzrə çalışırıq. Bizə mütləq lazımdı ki, mümkün qədər çox xal toplayaq. Çünki ilk altılıqda qalmaq üçün başqa yolumuz yoxdu.
 
- Yeri gəlmişkən, legioner limitinin aşağı salınması “Qəbələ”yə təsir edə bilər?
- Bu, bizi qətiyyən narahat etmir. Çünki həm yaxşı legionerlərimiz, həm də yerli futbolçularımız var. Yerli futbolçularımızdan tam razıyam. Hətta limiti altıya endirsələr də, bizim üçün problem olmaz. Mən də legioner limitinin aşağı salınmasının tərəfdarıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.