26 yanvar 2012 20:10
Yığmamız macarlarla yenə bacarmadı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız bu gün Bakı vaxtı ilə saat 17:00-da Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Rizvan Umarov fərqlənib.
Xatırladaq ki, U-21 Antalyada ilk yoldaşlıq oyununu yanvarın 23-də Macarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə keçirmişdi. Həmin qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.
