26 yanvar 2012 16:54
Sumqayıtın əvəzediciləri də təlim-məşq toplanışına başladı
“Sumqayıt” Futbol Klubunun əvəzedici komandası bu gündən etibarən təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, bu günə qədər gün ərzində 1 dəfə olmaqla fiziki göstəricilərinin artırılması yönündə hazırlıq keçən Vaqif Paşayevin yetirmələri fevarlın 8-nə qədər Masazır qəsəbəsində yerləşən Əlincə stadionunda çempionatın ikinci mərhələsinə hazırlaşacaq.
Qeyd edək ki, əvəzedici komandanın iki futbolçusu – Ülfət Hüseynov və Vurğun Həsənzadə ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub. Onların əvəzində başqa futbolçuların heyətə cəlb olunması gözlənilir.
