25 yanvar 2012 18:29

Gökdeniz Karadeniz: Azərbaycanda oynamağa hazıram

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan Rusiyanın “Rubin” klubunun türk hücumçusu Gökdeniz Karadeniz azerisport.az saytının müxbirinin suallarını cavablandırıb. “Qəbələ”nin baş məşqçisi Fatih Kavlakın yaxından köməyi sayəsində onu yalnız səylərimizin üçüncü günündə söhbətə tuta bildik.
 
- Ötən mövsümün sonunda siz Kazan klubu ilə yeni müqavilə imzaladınız. Sizi Rusiyaya belə bağlayan nədi?
- Birincisi, komandanın baş məşqçisi Kurban Berdıyev mənim çox xoşuma gəlir. Ötən il klubda rəhbərlik dəyişdi. Yeni prezident mənə də müqaviləni yeniləməyi təklif etdi. Düzü, müqaviləmin müddətinin başa çatmasına bir il qaldığından Superliqadan da dəvət almışdı. Ailəm də vətənə dönməyimi çox istəyirdi. Amma sonda “Rubin”lə yeni müqavilə imzalamağa üstünlük verdim.
 
- Ötən mövsüm “Anji”də Mahir Şükürov oynayırdı, “Volqa”ını futbolçusu Vaqif Cavadov isə yaxınlarda “Qarabağ”a qayıtdı. Sizdən fərqli olaraq, bizim oyunçular qonşu ölkədə möhkəmlənə bilmədilər...
- Onlar haqda eşitmişəm. Son illərdə Azərbaycan futbolunun səviyyəsi qalxmaqdadı. Əlbəttə, Azərbaycan çempionatını izləmirəm. Amma bilirəm ki, transferlərə çoxlu investisiya yatırılır. Milli komandanın inkişafı üçün yerli futbolçular xaricdə oynamağa borcludular. 2-3-ü Rusiyada, bir o qədəri də Türkiyədə.
 
- Heç yığmanın kapitanı Rəşad Sadıqov da Türkiyə Superliqasında möhkəmlənə bilmədi...
- Sizin futbolçuların vətənə niyə qayıtdığını bilmirəm. Ola bilsin ki, hansısa şəxsi səbəbləri olur. Əks halda çətin də olsa, həmin yolu sona kimi getmək lazımdı. Legioner həyatı heç vaxt asan olmur. Əgər onlar elə ilk cəhddəcə qayıdırlarsa, bu, digər futbolçuların da xaricə getməsinə təsirsiz ötüşməyəcək.
 
- Rusiya çempionatında sizin kimi sabit oyun sərgiləmək üçün nə etmək lazımdı?
- Çalışmaq və ruhdan düşməmək lazımdı. İstedadının olması hansısa dövrdə vacib rol oynaya bilər. Amma əgər öz üzərində daim işləmirsənsə, onda inkişaf edə, sabit oyun sərgiləyə bilməzsən. Mən daima öz üzərimdə işləyirəm. Hətta “Nou Kamp”da “Barcelona”ya qol vurandan sonra da. Müasir futbolda müəyyən standartlar var. Avropada futbolçular artıq demək olar ki, eynidirlər. Ümumi qrupda seçilmək üçün çoxlu işləməli və intizamlı olmalısan. Mən azərbaycanlı futbolçulara ancaq bunu məsləhət görə bilərəm.
 
- Siz bir neçə dəfə Azərbaycan komandalarına qarşı çıxış etmisiz. Yadınızda nə qalıb?
- Bu, çoxdan olduğu üçün heç xatırlamıram da. Amma Bakı yadımdadı. Sonuncu dəfə orda təqribən 8 il əvvəl olmuşdum. Şəhidlər Xiyabanını yaxşı xatırlayıram. Ümumiyyətlə, şəhərin yerləşməsi çox yaxşıdı. Amma mənim Kazandan olan azərbaycanlı dostlarım indi Bakıdakı dəyişikliklərdən çox danışırlar. Deyirlər ki, Bakı indi daha da yaxşı bəzənib.
 
- Azərbaycanlılarla necə tanış olmusuz?
- Kazanda onların restoranı var. Mən ora tez-tez gedirəm. Onu deyim ki, mətbəxinizi çox xoşlayıram. Sizin ət xörəkləriniz fantastikdi. Ora səhər yeməyinə də gedirəm. Ümumiyyətlə, mən azərbaycanlıları çox sevirəm.
 
- Azərbaycana olan sevginizi nəzərə alsaq, nə vaxtsa karyeranızı ölkəmizdə davam etdirməyiniz mümkündü?
- Mənim “Rubin”lə müqaviləmin müddəti üç il sonra bitəcək. Bu, normal müddətdi. Türkiyə ilə Azərbaycan arasında isə demək olar ki, fərq yoxdu. Əgər xidmətimdə maraqlı olsalar, işləməyə, öz təcrübəmi paylaşmağa hazıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.