Qarabağ Ridə də uduzdu (YENİLƏNİB)
25 yanvar 2012 19:02
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədə ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qüvvəsini Avstriyanın “Rid” klubu ilə görüşdə sınayıb.
Qarşılaşmada hesabı məhz komandamız açıb. İlk yarıda başqa qol olmayıb. Amma fasilədən sonra 3 qol vuran avstriyalılar əzmkar qələbəyə seviniblər.
Qeyd edək ki, Ağdam təmsilçisinin Türkiyədəki ilk rəqibi Qazaxıstanın “Taras” komandası olmuşdu. Həmin görüşdə də ağdamlılar məğlubiyyətlə üzləşmişdilər – 0:1
Yoxlama oyunu
25 yanvar
Qarabağ - Rid - 1:3 (1:0)
Qol: R.Əliyev, 7.
"Qarabağ"ın start heyəti: Boyan Pavloviç, Admir Teli, Zaur Həşimov, Maksim Medvedev, Ansi Aqolli, Namiq Yusifov, İqor, Rəşad Sadiqov, Əfran İsmayılov, Georgi Adamiya, Rauf Əliyev.
1. Oyuna "Qarabağ" başladı
2. Meydanın mərkəzini ələ keçirmək uğrunda mübarizə gedir
3. Əfran yandan təhlükə yaratmaq istəsə də, oyundan kənar vəziyyətə düşür
2. Meydanın mərkəzini ələ keçirmək uğrunda mübarizə gedir
3. Əfran yandan təhlükə yaratmaq istəsə də, oyundan kənar vəziyyətə düşür
6. "Rid"in hücumları getdikcə daha təhlükəli olmağa başlayır. İlk künc zərbəsini də onlar yerinə yetirirlər
7. Ağdamlıların ilk təhküləli hücumu qolla nəticələnir. Əfranın asmasını Rauf mükəmməl baş zərbəsi ilə qapıdan keçirir - 1:0
11. Adamiyanın ara ötürməsindən sonra Rauf rəqibin 2 oyunçusunu arxada qoysa da, hücumun qarşısı alındı
15. "Qarabağ" meydanın mərkəzində oyuna nəzarəti əlində saxlamağa və rəqibi topsuz yormağa çalışır
20. Oyunun tempi ilk dəqiqələrlə müqayisədə aşağı düşüb
25. Ansinin yandan asmasından sonra Adamiyanın zərbəsi qapıçıda qalır
27. Rəqib istər mərkəzdən, istərsə də yanlardan hücuma cəhd etsə də, müdafiə soyuqqanlı şəkildə bütün həmlələri dəf edir
28. Rəşad – Adamiya paslaşmasından sonra Adamiya qapıçı ilə təkbəbək qalsa da, ötürməsi dəqiq alınmır
29. Ardında Əfranın asmasından sonra Raufun zərbəsində azacıq dəqiqlik çatışmır
28. Rəşad – Adamiya paslaşmasından sonra Adamiya qapıçı ilə təkbəbək qalsa da, ötürməsi dəqiq alınmır
29. Ardında Əfranın asmasından sonra Raufun zərbəsində azacıq dəqiqlik çatışmır
32. "Rid"in oyun boyu ilk ciddi hücumunun qarşısını Boyan dəf edə bildi
37. "Qarabağ" kornerdən yaxşı yararlana bilmir
37. "Qarabağ" kornerdən yaxşı yararlana bilmir
42. "Rid" hesabı bərabərləşdirmək istəsə də, müdafiəçilər topun qapıya yaxınlaşmasına mane ola bilirlər
43. Adamiyaya qarşı kobudluğa görə rəqibin yarimmıdafiəçisi sarı vərəqə ilə cəzalandırılır
45. İlk yarı başa çatdı
43. Adamiyaya qarşı kobudluğa görə rəqibin yarimmıdafiəçisi sarı vərəqə ilə cəzalandırılır
45. İlk yarı başa çatdı
46. İkinci hissə başladı.
46. "Qarabağ" 2-ci hissəyə fərqli 11-lik"lə başlayır: Fərhad, Kamil, Zaur, Emin, İlqar, Namiq, Rekiş, Bəxtiyar, Sadiqov, Vaqif, Əfran.
48. "Rid" ərazi üstünlüyünü ələ keçirməyə çalışsa da, hələlik oyun bərabər gedir
48. "Rid" ərazi üstünlüyünü ələ keçirməyə çalışsa da, hələlik oyun bərabər gedir
50. Avstriaylılar cərimə zərbəsindən sonra başla hesabı bərabərləşdirirlər - 1:1
52. Ağdamlılar Əfran və Vaqiflə ardıcıl 2 qol şansını qaçırır
55. Komandamız ərazi üstünlüyünü ələ keçirməyə çalışır
58. Temp bir qədər aşağı düşüb
62. "Qarabağ"da 3 dəyişiklik: Zaur, Rəşad və Əfranın yerinə Eltun, Tural və Vüqar meydana daxil olur
58. Temp bir qədər aşağı düşüb
62. "Qarabağ"da 3 dəyişiklik: Zaur, Rəşad və Əfranın yerinə Eltun, Tural və Vüqar meydana daxil olur
64. Namiqin yerinə Toğrul Bilallı oyuna daxil olur
65. İlqarın sağ cinahdan sərt asmasına son qoyan olmur
66. Vüqarın asması zamanı Bəxtiyarın baş zərbəsi dəqiq olmur
65. İlqarın sağ cinahdan sərt asmasına son qoyan olmur
66. Vüqarın asması zamanı Bəxtiyarın baş zərbəsi dəqiq olmur
68. Künc zərbəsindən sonra "Rid" hesabı öz xeyrinə dəyişir - 1:2
71. Rekişin zərbəsi müdafiəçilərdən dönür
74. "Rid" daha bir qol vurur - 1:3
74. "Rid" daha bir qol vurur - 1:3
82. İlqarın asması qapıçıda qalır
84. Rekişin zərbəsi qapının üstündən keçir
86. Vaqifin cərimə zərbəsini qolkiper dəf edir
84. Rekişin zərbəsi qapının üstündən keçir
86. Vaqifin cərimə zərbəsini qolkiper dəf edir
88. Vaqif bu dəfə 2 müdafiəçini keçib qapıya zərbə endirsə də, zərbəsi qapıdan aralı keçir
Oyun başa çatdı
Baxılıb: 553

