Araz Yunanıstan kubokundan kənarlaşdırıldı (YENİLƏNİB)
25 yanvar 2012 23:52
Futbol üzrə Yunanıstan kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Panionios” da yarımfinala çıxmaq uğrunda mübarizə aparırdı.
Lakin həmyerlimizin komandası bu yolda çox ciddi rəqiblə üz-üzəydi. Belə ki, “Panionios” 1/4 finalda ölkənin ən titullu klubu – “Olympiakos” ilə qarşılaşıb. Hansı ki, bu komanda 38 qat Yunanıstan çempionu olmaqla yanaşı, 24 dəfə də ölkə kubokuna sahib çıxıb.
Rəqibin güclü olması azmış kimi, görüşün səfərdə keçirilməsi də Araz və komandasının əleyhinəydi. Məsələ burasındadı ki, cütün taleyi bir oyunda həll olunacağından, “Panionios”un mərhələ adlamaq şansı çox az idi. Gözlənildiyi kimi, "Panionios" sürpriz edə bilməyib və 4 cavabsız qolla məğlub olaraq, kubokdan kənarlaşdırılıb.
Araz bu oyunda mübarizə aparmaq şansı qazanmayıb. Futbolçumuz ehtiyatda qalıb.
Yunanıstan kuboku
1/4 final
25 yanvar
Olympiakos – Panionios - 4:0 (1:0)
Qollar: Panteliç, 12; 65, Dioqo, 78, Abdoun, 87.
Baxılıb: 833

