XL Wolfsburgu məğlub etdi (YENİLƏNİB)
24 yanvar 2012 19:49
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün qardaş ölkədə ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Cüneyt Biçər yetirmələrini Almaniyanın “Wolfsburg II” komandası ilə görüşdə sınayıb.
Qarşılaşmanın ilk yarısında əvəzedici heyətlə mübarizə aparmasına rəğmən, təmsilçimiz qapısının toxunulmazıığını təmin edə bilib. Fasilədən sonra isə əsas heyətlə mübarizə aparan lənkəranlılar çətin qələbəyə seviniblər.
Qeyd edək ki, öncədən cənub təmsilçisinin bu gün Albaniyanın “Teuta” klubu ilə üz-üzə gələcəyi bildirilirdi. Lakin nədənsə rəqib son anda dəyişdirilib.
Komandanın Antalyadakı ilk rəqibi isə Türkmənistan yığması olmuşdu. "Ağ-yaşıllar" həmin oyunda qeyri-adi rəqib üzərində 3:1 hesabıyla qələbə qazanmışdılar.
Yoxlama oyunu
24 yanvar
Xəzər Lənkəran – Wolfsburg II - 2:1 (0:0)
Qollar: Elnur Abdullayev, 63, B.Subaşiç, 82.
"Xəzər Lənkəran"ln start heyəti: Kamal Bayramov, Fikrət Ulduzlu, Kamran Abdullazadə, Akif Tağıyev, Elvin Mirzəyev, Andrey Mureşan, Rikardo Qomeş, Alim Qurbanov, Elman Taqayev, Elnur Allahverdiyev, Eder Bonfim.
Baxılıb: 945

