24 yanvar 2012 20:55
Sumqayıt rus klubuna məğlub oldu (YENİLƏNİB)
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” Futbol Klubu bu gün qonşu ölkədə üçüncü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandanın rəqibi Rusiya 1-ci liqa təmsilçisi “Fakel” olub.
“Arcadia Limak” otelinin stadionunda baş tutan görüşdə hesabı ruslar açıblar. Onlar fasilədən sonra da üstün oyun sərgiləyərək ümumi hesabda qələbəni qoruya biliblər.
Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti oyununda Almaniyanın II Bundesliqa təmsilçisi “Paterborn”a məğlub olmuşdu (0:4).
Yoxlama oyunu
Yoxlama oyunu
24 yanvar
Sumqayıt - Fakel - 0:1 (0:1)
"Sumqayıt"ın start heyəti: Andrey Popoviç, Tərlan Quliyev, Samir Yusifov, Timur İsrafilov, Yasin Abbasov, Samir Abasov, Emin Mustafayev, Mahmud Qurbanov, Ruslan Qurbanov, Samir Abdulov, Kamil Nurəhmədov.
