23 yanvar 2012 17:25
AFFA yığmamıza daha bir rəqib tapdı
AFFA futbol üzrə Azərbaycan millisi üçün daha bir rəqib tapıb. Azerisport.az xəbər verir ki, federasiya rəhbərliyi Andorradan olan həmkarları ilə razılıq əldə edib.
Belə ki, Azərbaycan və Andorra milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Qeyd edək ki, komandalar mayın 30-da, Almaniyanın Frankfurt şəhərində qarşılaşacaqlar.
