21 yanvar 2012 14:31

Julius Vobay: Mən öz qiymətimi bilirəm

“Xəzər Lənkəran”ın artıq sabiq yarımmüdafiəçisi hesab olunan Julius Vobay azerisport.az saytına müsahibəsində özünə yeni komanda tapa bilməməsinin səbəblərindən, “Neftçi” və “Bakı”dan aldığı təkliflərdən danışıb.
 
- Deyilənə görə, sizin viza ilə bağlı problemləriniz olduğunda görə “Xəzər Lənkəran”ın Türkiyə toplanışına qatılmırsız...
- Mənim “Xəzər Lənkəran”la müqaviləmin müddəti başa çatıb. Yeni müqavilə isə bağlanmayıb. Hələ harda oynayacağım məlum deyil. Buna görə də özümü azad agent hesab edirəm. Özümə yeni komanda axtarıram. Bir neçə təklif var. Amma müqavilə imzalamağa tələsmirəm.
 
- “Xəzər Lənkəran”da qalmağa hazırlaşmırsız?
- Onlarla söhbətimiz alınmır. Hər gün danışırıq, amma nəticəsizdi. Bəzi detallarda razılığa gələ bilmirik. Gizlətmirəm ki, problem maliyyə məsələsindədi. “Xəzər Lənkəran” mənim istədiyim pulu vermək istəmir.
 
- Bəs sizə başqa hansı klublardan təkliflər olub?
- Hələ yeni il öncəsi mənimlə “Neftçi” və “Bakı” maraqlanırdı. “Ağ-qaralar”la müqavilə əla idi, yaxşı pul təklif edirdilər. Amma mən düşünmək üçün vaxt istədim. “Neftçi” isə Antalyaya yollandığından, mənim məsələm açıq qaldı. “Bakı” variantı da alınmır.
 
- Niyə?
- Ötən ilin sonunda onlara dedim ki, öncə “Xəzər Lənkəran”ın necə təklif irəli sürəcəyini bilmək istəyirəm. Amma sonradan “Bakı” da mən istədiyim qədər pul verməkdən boyun qaçırdı. Heç necə olacağını da bilmirəm. Mümkündü ki, Azərbaycandan gedim.
 
- Azərbaycandan başqa variantınız var?
- Bəli, menecerim deyir ki, maraq var və vaxt itirmək olmaz. Əgər bu günlərdə müqavilə imzalaya bilməsəm, Azərbaycanı tərk edəcəm. Vətənə gedib, taleyimi orda müəyyənləşdirməyə çalışacağam. Düzdü, ölkəniz çox xoşuma gəlir. Amma bura vaxt itirməyə yox, oynamağa gəlmişəm.

- Ola bilər ki, siz çox pul tələb edirsiz? Axı necə də olmasa, ilə 500 000 avro az pul deyil...
- Bu məbləğ şişirdilir. Amma mən öz qiymətimi bilirəm. Layiq olduğum məbləği almaq istəyirəm. Az pula oynamaq çətindi.
 
- Siz bilirsiz ki, “Neftçi” ilə “Bakı” “Xəzər Lənkəran” üçün barışmaz rəqiblərdi. Azarkeşlərin qınaq obyektinə çevrilməkdən qorxmursuz?
- Futbolda belə şeylər olur. Azarkeşlər də bunu anlayışla qarşılamalıdılar. Həm də hələ heç nə bəlli deyil. Mənim daha bir neçə günüm var. Görsəm ki, işlərim alınmır, ümumiyyətlə getməli olacam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.