11 dekabr 2011 13:36

Zohair Benuahi: Azərbaycan futbolunda hər şey baş verə bilər

AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi Premyer Liqanın 16-cı turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qarşıda sizi “Neftçi” ilə çətin oyun gözləyir...
- Bu oyuna yaxşı əhval-ruhiyyədə yanaşırıq. Biz son dörd oyundan üçündə qələbə qazanmışıq, birində də heç-heçə etmişik. Amma bu dəfəki oyun daha çətin olacaq. Qələbə hər iki komandaya çox lazımdı. “Neftçi” liderliyi saxlamaq istəyir, biz isə xal itirmək istəmirik. AZAL son dövrlərdə yaxşı oyun sərgiləməyə başlayıq. Ümidvaram ki, “Neftçi” ilə oyunda da bunu bacaracağıq.

- AZAL birinci dövrədə “Neftçi”ni 3:1 hesabıyla yenmişdi. Yəqin ki, rəqib revanş haqda da düşünür...
- Bəli, həmin oyunda da biz əla futbol göstərərək qələbə qazanmışdıq. “Neftçi” şübhəsiz ki, güclü komandadı. Heyətində çoxlu güclü futbolçular var. Amma onlar da bilirlər ki, AZAL da zəif klub deyil. Hər iki komanda öz oyununu göstərməyə çalışacaq.
 
- Bu oyundan hansı nəticəni gözləməyə dəyər?
- İndidən proqnoz vermək çox çətindi. Məsələn, sonuncu pillədə gedən “Sumqayıt Şəhər” öncə bizi yendi, ardından da “Qarabağ”ı. Yaxud “Simurq” səfərdə “Qəbələ”ni yendi. Özünüz də gördüyünüz kimi, Azərbaycan futbolunda hər şey baş verə bilər.
 
- Rəqibin heyətində kimi xüsusi qeyd edərdiz?
- Mən indi Ruslan Əmircanovu qeyd edərdim. O, son dövrlər çox yaxşı oynayır, mənim xoşuma gəlir. Həmçinin Flavinyo və Bahodir Nasimovdan təhlükə gözləməyə dəyər.
 
- AZAL-ın forvardı Tales Şütz də son dövrlər yaxşı oynamağa başlayıb, son dörd turda meydanı qol vurmadan tərk etmir...
- Tales çox yaxşı futbolçudu. Şadam ki, son turlarda o qollarını sıralamağa başlayıb. Ona “Neftçi”yə də qol vurmağı arzu edirəm. Mənim ötürməmdən sonra (gülür). Yeri gəlmişkən, mən bu mövsüm qol vurmaqdan daha çox, ötürmə verməyə üstünlük verirəm.
 
- Elxan Abdullayevin istefası sanki AZAL-ın xeyrinə işlədi...
- AZAL öz oyununu tapıb. Hər bir futbolçu yaxşı oyun göstərməyə çalışır. Fikrimcə, hazırda bizim xüsusi problemimiz yoxdu. Həm meydanda, həm də ondan kənarda əsl komanda birliyi nümayiş etdiririk. Düzdü, Abdullayevin gedişindən sonra uğurlu çıxış etməyə başladıq. Amma mən hər şeyin məhz onunla bağlı olduğunu düşünmürəm. Şəxsən mən onun bəxtinin gətirmədiyini düşünürəm. Onun gedişi normal idi. Çünki komanda qələbə qazanmağa borclu olduğu oyunlarda xallar itirirdi. Amma yenə deyirəm ki, Abdullayevin bəxti də gətirmirdi. Mümkündü ki, gələcək komandalarında onun bu baxımdan işləri daha yaxşı getsin.
 
- Rafiq Mirzəyevin rəhbərliyi altında hələ məğlub olmamısız. Sizcə, onun yerinə kimsə gətiriləcək?
- Məhz onun rəhbərliyi altında nəticə qazanmağa başlamışıq. Hər kəs məşqçidən razıdı. Əgər hər şey yaxşıdısa, məşqçi dəyişikliyi nəyə lazımdı? Mənim üçün komandanı kimin çalışdırmasının fərqi yoxdu. Mən sadəcə öz oyunumu sərgiləməyə çalışıram. Ümumiyyətlə, hər bir məşqçi komandada qalmasını istəyirsə, nəticə göstərməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.