Azərbaycanda yeni klub yaradıldı
2 dekabr 2011 12:37
Gələn mövsüm Azərbaycan çempionatında yeni klub çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib.
AFFA başçısı bildirib ki, "Ağsu" klubu yeni mövsümdə birinci divizionda mübarizəyə başlayacaq: "Ağsu rayon İcra Hakimiyyəti ilə apardığımız danışıqlara uyğun olaraq, 2012-ci ildən etibarən I divizionda "Ağsu" komandası çıxış etməyə başlayacaq".
Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin iştirakı ilə Ağsu stadionunun açılışı olub.