Banganın baş məşqçisi: Qarabağ`ı yaxşı öyrənməyə çalışacağıq
21 iyun 2011 12:26
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib olan Litvanın “Banga” klubunun baş məşqçisi Arminas Narbekovas komandamızı dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Ağdam klubu ilə mübarizədə şanslarını belə qiymətləndirib:
“Bizə Azərbaycandan rəqib düşdüyü üçün bir qədər uzaq məsafəyə uçmaq məcburiyyətində qalacağıq. İkincisi, hesab edirəm ki, Azərbaycan futbolu inkişafdadı. Onların futboluna çoxlu pullar yatırılır. Yerli klubların ötən avrokuboklarda qazandığı nəticələr də belə deməyə əsas verir. Biz Avropada heç vaxt oynamamışıq. Ona görə də mümkün qədər yaxşı debüt etməyə çalışacağıq. Rəqibi daha yaxşı öyrənməyə çalışacağıq. Bu yöndə “Banga”nın Azərbaycanda çıxış etmiş oyunçularının da xidmətindən yararlanacağıq”. (UEFA)