Qurban Qurbanov da əməkdar məşqçi oldu
19 iyun 2011 00:17
Azərbaycanın daha iki futbol mütəxəssisi “əməkdar məşqçi” adını alıb. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Karvan”ın sabiq çalışdırıcısı Yunis Hüseynov da bu ada layiq görülüb.
Gənclər və İdman Nazirliyi Azərbaycan futbolunun 100 illiyi münasibətilə onlara da fəxri adlar verməyi unutmayıb. Lakin hər iki mütəxəssis Bakıda olmadığından, onlara mükafatları şəxsən təqdim olunmayıb.
Maraq üçün xatırladaq ki, GİN iyunun 17-də Adil Mahmudov, Asif Namazov, Böyükağa Hacıyev, Şamil Heydərov, Şakir Qəribov, Yaşar Vahabzadə, Gündüz Cəfərov, Vaqif Paşayev, Əsgər Abdullayev və Tahir Həsənova da əməkdar məşqi adı vermişdi.