Azərbaycan millisi artıq Brüsseldədi
26 mart 2011 19:00
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası bu gün Brüssel şəhərinə gedib. Azerisport.az xəbər verir ki, millimiz Brüsseldəki “Dolce Hotels and Resorts”da məskunlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi martın 19-dan bu günə qədər Almaniyanın Veqberq şəhərində təlim-məşq toplanışında idi.
Belçika – Azərbaycan oyunu martın 29-da, Bakı vaxtı ilə saat 23:45-də, Brüsseldəki “Rua Boduen” stadionunda keçiriləcək.