7 aprel 2010 14:24

Azərbaycanın ulduzu olmağa 15 namizəd

Dünyanın ağlını başından çıxaran Lionel Messi adi ailədən çıxıb. İndi bütün dünyada gələcəyin Messisi olmağa ümid bəsləyən milyonlarla gənc uşaq var. Bəs Azərbaycan öz futbol Tanrısını nə vaxt yetişdirəcək?
Azerisport.az xəbər verir ki, 10 il bundan əvvəllə müqayisədə Azərbaycanda istedadlı gənclərin sayı nə azalıb, nə də artıb. İstedadlar həmişə olub, o başqa məsələ ki, bu gün onların üzə çıxması və yetişməsi üçün daha münbit şərait var. Bəs bu gün premyer liqa klublarının şərəfini qoruyan gənc futbolçular arasında kim yaxın vaxtlarda komandasında lider mövqeyinə çıxmağa yaxındır? Özünəməxsus hit-parad hazırladıq və bu hit-parada yaşı 20-yə çatmamış istedadlı gəncləri saldıq.
 
Araz Abdullayev (Neftçi), 18.04.1992, yarımmüdafiəçi
 
Rubin və Evertonun maraq dairəsində olan Araz üçün mart ayı çox uğurlu keçdi. Gənc futbolçu birdən-birə iki müstəqil sorğunun – azerisport.az və PFL-lə “Unibank”ın birgə sorğusunun qalibi oldu. Ümid edək ki, bu, Abdullayevə bir avansıdr və o, azarkeşlərin borcunu gözəl oyunu ilə qaytaracaq
 
Amit Quluzadə(Neftçi), 20.11.1992, yarımmüdafiəçi
 
Berti Foqtsun milli komandanın düşərgəsinə cəlb etdiyi daha bir istedad. Neftçinin gənc yarımmüdafiəçisi İordaniya və Lüksemburqla görüşlərdə əsas yığma ilə birgə məşq etsə, hazırda aşağı yaş qruplarından ibarət millilərə daha lazımlı olduğundan bu görüşlərdə meydana çıxmadı. Amma onun əsas yığmada debüt edəcəyi gün uzaqda deyil.
 
Rəhman Hacıyev (Bakı-əvəzedicilər),  25.07.1993, hücumçu
 
Coko Haciyevskinin tapıb çıxardığı istedad, 23 qolla əvəzedici komandalar arasında Azərbaycan çempionatının bombardiri, Bakının tarixində qol ötürməsi verən ən gənc futbolçu. Rəhman ötən mövsümün son qarşılaşmasında komanda yoldaşını əvəzlədi və meydana çıxan kimi Əhməd Ticaniyə qol ötürməsi ilə yadda qaldı. Bununla da 16 yaşlı futbolçu Bakının çempionluğuna öz töhfəsini verdi.
 
Qara Qarayev (Qarabağ-əv.), 12.10.1992, müdafiəçi
 
Potensialı yüksək qiymətləndirilən daha bir gənc. O, Qarabağın əvəzedici komandasında liderdir, fəal şəkildə Azərbaycan Olimpiya və gənclər millilərinə çağırılır. Bir neçə dəfə “Unibank” Premyer Liqasında Qarabağın iştirak ərizəsinə salınıb.
 
Kazım Kazımlı (XL-əv), 05.09.1993, hücumçu
 
Bütün Lənkəranın göz dikdiyi Kazım Kazımlı Xəzər Lənkəranın yetişdirdiyi ən istedadlı futbolçudur. Klub rəhbərliyi uşaq futboluna apardıqları çalışmanın effektliliyini göstərmək üçün məhz 16 yaşı hücumçunu misal gətirir.
 
Səlahət Ağayev (İnter), 04.11.1991, qapıçı
 
Milli komandada Fərhad Vəliyevdən sonra Kamran Ağayevin ən yaxın əvəzedicisi hesab olunan Səlahət üçün bu, böyük uğurdur. Təəssüflər olsun ki, klubda hələ də əcnəbilər – Georgi Lomaya və Raymundo Uilsonun kölgəsində qalır. Amma onun “yaxın plana” keçəcəyi gün uzaqda deyil.
 
Aleksandr Qross (İnter-əv), 06.05.1993, müdafiəçi
 
Bu futbolçu artıq indidən usta müdafiəçilərə xas olan soyuqqanlılıq göstərir. Almanəsilli həmyerlimiz uğrunda bir müddət əvvəl bir neçə Bakı klubu arasında mübarizə gedirdi. Nəticədə Qross özü İnteri seçdi.
 
Eşqin Quliyev (Neftçi), 11.12.1990, yarımmüdafiəçi
 
Həmyaşıdları arasında əsas komandaya ən çox cəlb edilən Eşqin Quliyev hələ ki, potensialını tam ortaya qoya bilmir. Amma müxtəlif vaxtlarda Neftçinin sükanı arxasına keçən bütün (!) məşqçilərin ona şans verməsi təsadüfi deyil; Quliyev yaxın vaxtlarda komandanın lidelərindən biri ola bilər.
 
Tural İsgəndərov (Qarabağ), 09.02.1992, hücumçu
 
Bir müddət əvvəl Moskva Lokomotivində baxışdan keçən və bəyənilən Tural İsgəndərov indi doğmaca dayısının – Qurban Qurbanovun yanındadır. Oyun tərzinə görə millinin keçmiş hücumçusunu xatırladır: cəld, mübarizəyə girişən, fiziki cəhətdən güclü.
 
Kirill Bejonar (Bakı-əv.), 12.01.1992, yarımmüdafiəçi
 
Bu, artıq Bülənt Qorxmazın bəyəndiyi futbolçudur. Kirill bir neçə dəfə əsas heyətə cəlb olunub, hətta “Birlik Kuboku”nda komandanın formasını geyinib.
 
rlan Quliyev (Neftçi), 19.04.1992, müdafiəçi
 
Rubinə keçəcəyi gündəmdə olan Tərlan Quliyev orada həmyaşıdı və dostu Araz Abdullayevlə birgə çıxış edə bilər. Hələliksə gənc futbolçunun Neftçinin əvəzedici komandasının liderlərindəndir.
 
Emin Cəfərquliyev (Karvan), 17.09.1990, müdafiəçi
 
Neftçinin Yevlax klubuna icarəyə verdiyi Emin Cəfərquliyev Karvanın əsas heyət oyunçusu sayılır. Komandanın pis durumda olmasında baxmayaraq, perspektiv vəd edən ucaboylu müdafiəçinin oyun praktikası qazanması çox vacibdir.
 
Nuran Qurbanov (Muğan-əv), 10.08.1993, yarımmüdafiəçi
 
Salyanlıların heyətində əvəzedici komandadan cəlb edilən yeganə futbolçu. Cəld, çevik, texniki cəhətdən yüksək hazırlığı ilə diqqəti çəkən Nuran Qurbanov  hazırda əsas heyətdən çıxış edənlərdən heç nə ilə geri qalmır.
 
Tural Rəcəbov (Simurq-əv), 28.04.1993, yarımmüdafiəçi
 
AFFA-nın keçirdiyi “Top festivalı”nın qalibi, Simurqun ümidlərindən biri. Müəyyən səbəblərdən hələ ki, əsas komandaya cəlb olunmasa da, Zaqatalada onun ikinci Musa, yaxud Qurban Qurbanov olacağına çox ümid edirlər.
 
Asim Babazadə(Simurq-əv), 09.04.1992, hücumçu
 
İlk baxışdan heç nə ilə diqqəti cəlb etməyən 18 yaşı hücumçunun gözəl qol duyumu var. Parlaq oyunu ilə seçilməyən Simurqun əvəzedici komandasını məhz Asim Babazadə çiynində daşıyır. O, komandasının qollarının əksəriyyətinin müəllifidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.