Filip Ozobiç: Biz də ardıcıl 6 məğlubiyyətlə üzləşmək istəməzdik
10 dekabr 2016 15:00
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç komandasının Avropa Liqasındakı çıxışına qiymət verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maynts"a qarşı keçirdiyimiz son oyunda uğurlu nəticə qazanmağı çox istəsək də, alınmadı. Almaniya klubu müdafiədə çox yaxşı oynadı və qələbəyə layiq idi. Biz isə Avroliqanın xalsız başa vurduq. Əlbəttə, biz də qrup mərhələsini ardıcıl altı məğlubiyyətlə başa vurmaq istəməzdik, xal qazanmağa çalışırdıq. Lakin rəqiblərimizin hamısı həm oyun, həm də heyət baxımından bizdən güclü idi. Onlara qarşı oynamaq çətin idi. Artıq hər şey geridə qaldı. Qarşıdakı AZAL və "Kəpəz"lə oyunları düşünməliyik".