Budaq Nəsirov oynadı, Sportinq uduzdu
6 dekabr 2016 00:10
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Vitoriya Gimaraynş" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Matça start heyətdə başlayan Nəsirov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 24 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.