Millimizin forvardını çexiyalı hücumçu əvəz edə bilər
5 dekabr 2016 19:00
Bu gün Türkiyə Super Liqasında 13-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" doğma meydanda "Çaykur Rizəspor"la qarşılaşacaq.
Türkiyə mətbuatının məlumatına görə, Yılmaz bu görüşdə ehtiyatda qala bilər. Buna onun son oyunlarda 90 dəqiqə meydanda olduğu halda, bir dəfə də rəqib qapısına yol tapa bilməməsi səbəb göstərilir.
Türkiyə mətbuatı hətta bu qış D.Yılmazın Çexiya yığmasının hücumçusu Tomaş Neçidlə əvəzlənəcəyini də iddia edir.