Neftçi yeni məşqçi tapdı
27 sentyabr 2016 15:00
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin daha bir köməkçisinin adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bu, Aleksandr Deriberindir.
49 yaşlı mütəxəssis bir neçə gün öncə Rusiyanın "Drujba" (Maykop) klubunun baş məşqçisi postundan ayrılıb. Yaxın günlərdə isə o, bakılılarla müqavilə imzalayacaq.
"Neftçi"dən bu məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Abdullayevin digər köməkiləri İqor Getman, Dmitri Kramarenko və Andrey Kolesnikovdur.