Franyiç: Xorvatiya çempionatı Azərbaycan birinciliyindən azca güclüdür
27 sentyabr 2016 00:25
"Qəbələ"nin xorvatiyalı yarımmüdafiəçisi Petar Franyiç Azərbaycan və Xorvatiya çempionatını müqayisə edib. Azerisport.az saytına açıqlamasında o, "Zirə"yə qarşı keçirdikləri çempionat oyunundan (2:0) sonra bunları söyləyib:
"Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Bizim qol vurmaq üçün çoxlu imkanımız vardı. Onlardan ikisini qola çevirə bildik və şadam ki, üç xal qazandıq. Qol hesabımı açmağı çox istəyirəm. Bu oyunda da şansım oldu. Amma hələ bu şanslardan yararlana bilmirəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda qol vuracağam. Azərbaycan çempionatının səviyyəsi yaxşıdır. Amma Xorvatiya çempionatı ilə müqayisə etsək, bizimki azacıq güclüdür".