Qəbələ Azərbaycanın qrup mərhələsinə vəsiqə qazanan 3-cü klubu oldu
28 avqust 2015 01:40
"Qəbələ" Azərbaycan futbolunda avrokubokların qrup mərhələsinə vəsiqə qazanan üçüncü klub kimi tarixə düşdü. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşmalarda uğur qazanan Roman Qriqorçukun çalışdırdığı bu komanda doğma meydandakı 0:0 hesablı heç-heçənin ardından səfərdə də 2:2 hesablı bərabərliyə nail oldu.
Qeyd edək ki, Azərbaycan futbolu tarixində belə bir uğura "Neftçi" imza atmışdı. İkinci dəfə buna "Qarabağ" nail olmuşdu. Ağdam klubu bu mövsüm növbəti dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla rekordçu olmağı da bacardı.