Neftçi Cavid İmamverdiyevi niyə sifariş etməyib?
4 iyul 2015 19:30
"Neftçi"nin Cavid İmamverdiyevi Avropa Liqası üçün sifariş etməməsinin səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bakılılar Çernoqoriya "Mladost"u ilə ilk görüş öncəsi seçim qarşısında qalıb.
Belə ki, "ağ-qaralar" ya braziliyalı yeni transfer Ayltonu, ya da İmamverdiyevi sifariş edə bilərmiş. Sonda məşqçilər korpusu Ayltonun üzərində seçim ediblər.
"Neftçi" İmamverdiyevi yalnız Avroliqada ikinci təsnifat mərhələsinə yüksələcəyi halda sifariş edə biləcək.