Amit Quluzadə: Atletiko mənə qarşı münasibətdə ədalətsizlik edir
6 mart 2015 00:05
Portuqaliyanın "Atletiko" klubunun azərbaycanlı futbolçusu Amit Quluzadə yığma komandamızdan onunla heç kimin maraqlanmadığını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubumuzun son oyunlarında iştirak etməməyimi nə ilə izah edəcəyimi özüm də bilmirəm. Gah oynayıram, gah da yox. Oynadığım oyunlarda pis təsir bağışlamamışam. Amma sonradan yenə ehtiyatda qalmalı olmuşam. Baş məşqçini tənqid etmək istəmirəm. Lakin mənə qarşı münasibətdə ədalətsizlik edilir. Qışda başqa klublardan təkliflər olsa da, buraxmadılar. Yığma komandamıza gəlincə, mənimlə maraqlanan yoxdur. Heç Robert Prosineçkinin məni tanıyıb tanımadığını da bilmirəm. Baxaq, görək yayda nə olacaq".