Qarabağdan tarixi zəfər
Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxıb.
Təmsilçimiz səfərdə Ukrayna "Dnepr"i ilə qarşılaşıb. Ağdam klubu qrupdan çıxmaq yolunda bu rəqibinə ən azı uduzmamağa borcluydu. Amma daha inamlı çıxış edən Qurban Qurbanovun yetirmələri bu görüşdə minimal hesablı qələbə qazanmaqla həm qrupdan çıxmaq yolunda önəmli addım atıb, həm də Azərbaycan futbolu tarixində yeni bir səhifə yazıb. Belə ki, "Qarabağ" qrup mərhələsində Azərbaycan klubları arasında ilk dəfə qələbəyə sevinib.
Qeyd edək ki, bu qələbədən sonra "Qarabağ" F qrupunda ikinci yerə yüksəlib.
Avropa Liqası
F qrupu
23 oktyabr
Dnepr - Qarabağ - 0:1 (0:1)
Qol: M.Muarem, 21 (0:1).
Sarı vərəqə: A.Fedetski, 9. S.Kravçenko, 19. V.Nadirov, 25. Q.Qarayev, 50. A.Aqolli, 53. R.Rotan, 53. Y.Konoplyanka, 60. M.Medvedev, 84.
Hakimlər: Libor Kovarik, Kristof Mençl, Yan Patak, Petr Blajey.
Əlavə köməkçi hakimlər: Radek Prihoda, Yan Jilek (hamısı Çexiya).
Kiyev. "Olimpiya" stadionu.
Dnepr: 71. Denis Boyko, 3. Andrey Mazux, 17. İvan Striniç, 23. Duqlas, 44. Artyom Fedetski, 4. Sergey Kravçenko, 20. Bruno Qama, 28. Yevgeni Şakov (11. Yevgeni Seleznyov, 46), 29. Ruslan Rotan (k), 9. Nikola Kaliniç, 10. Yevgeni Konoplyanka.
Ehtiyat oyunçular: 16. Yan Lastuvka, 24. Valeri Luçkeviç, 90. Aleksandr Mihunov, 7. Jaba Kankava, 14. Yevgeni Çeberyaçko, 21. Mladen Bartuloviç.
Baş məşqçi: Miron Markeviç.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 9. Reynaldo, 10. Muarem Muarem (99. Namiq Ələsgərov, 90), 20. Riçard Almeyda (24. Admir Teli, 83), 17. Vüqar Nadirov (77. Cavid Tağıyev, 72).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov.
Baş məşqçi: Qurban Qurbanov.