Qurban Qurbanov: Başqa komandada çalışsaydım, daha asan olardı
1 sentyabr 2014 19:45
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən il qazandıqları çempionluq kubokunu Ağdamdakı azarkeşlərinə təqdim etdikləri mərasim zamanı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ"da işləmək məsuliyyətli və fəxrli işdi. Başqa komandada çalışsaydım, mənə daha asan olardı. Amma "Qarabağ"da hər şey tam fərqlidi. Avropa Liqasında sizin dəstəyinizə ehtiyacım var. Sizi beynəlxalq arenada layiqincə təmsil etməyə çalışacağıq".