AÇ-2016-nın ən bahalı futbolçuları
Fransada keçiriləcək AÇ-2016-nın ən bahalı futbolçuları açıqlanıb. Azerisport.az sizi həmin siyahı ilə tanış edir:
1. Portuqaliya yığmasının və İspaniyanın "Real" klubunun hücumçusu Kriştiano Ronaldo (110 milyon avro)
2. Uels yığmasının və İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Qaret Beyl (80 milyon avro)
3-4. Polşa yığmasının və Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski ilə onun Almaniya yığmasında çıxış edən komanda yoldaşı Tomas Müller (hər ikisi 75 milyon avro)
5-7. Belçika yığmasının və İngiltərənin "Çelsi" klubunun hücumçusu Eden Azar, Fransa yığmasının və İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqba, Fransa yığmasının və İspaniyanın "Atletiko" klubunun yarımmüdafiəçisi Antuan Qrizmann (hər biri 70 milyon avro)
8. Belçika yığmasının və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin de Bryune (60 milyon avro)
9-10. Xorvatiya yığmasının və Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç, Almaniya və yığmasının və "Real"ın digər yarımmüdafiəçisi Toni Kroos (hər ikisi 50 milyon avro).
Transfermarkt