Millimiz Türkiyəyə məğlub oldu, bürünc medal qazana bilər
25 iyun 2015 23:00
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa Oyunlarının yarımfinal görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, millimiz Türkiyə ilə qarşılaşıb.
Gərgin və dramatik məcrada keçən görüşdə qələbə qardaş ölkə yığmasına qismət olub. Finala çıxa bilməyən komandamız bürünc medal uğrunda mübarizə aparacaq. Yığmamız 3-cü olmaq üçün Serbiya ilə qarşılaşacaq.
Finalda isə Polşa ilə Türkiyə yığmaları qarşılaşacaq.
Azərbaycan - Türkiyə - 2:3 (21:25, 25:23, 19:25, 25:23, 11:15).