Avropa Oyunlarında növbəti yarış günü
Azerisport.az sizi Bakı-2015 Avropa Oyunlarında cümə axşamı keçiriləcək yarışların icmalı ilə tanış edir.
Cazibədar qılıncoynadan
Qılıncoynatma, saat 09:00-dan
Kristal Zalda bütün gözlər London 2012 Olimpiya Oyunlarının qalibi və Bakı 2015-də qılıncoynatma yarışlarının siması olan cazibədar qılıncoynadan Olqa Xarlanın (UKR) üzərində olacaq. Kişilər arasında fərdi rapira yarışlarında 2015-ci il gənclər arasında keçirilən dünya çempionatının qalibi Damiano Rozatelli (ITA) böyüklər arasında keçirilən beynəlxalq yarışda uğur qazanmağı hədəfləyir.
Cüdo ulduzlarının tamaşası
Cüdo, saat 12:00-dan
Bakı 2015-də jüdo üzrə yarışlara cümə axşamı start verilir. Qadınlar arasında -57 kq çəki dərəcəsində 2008-ci il Olimpiya çempionu Giulia Kvintavalleni (ITA) həm London 2012 Olimpiya Oyunlarında, həm də 2014-cü il dünya çempionatında bürünc medal qazanmış Automne Pavia (FRA) ilə çətin mübarizə gözləyir. O da qitənin çempionu adını qorumağa çalışacaq. Belə ki, Avropa Oyunları bu idman növü üzrə keçirilən Avropa çempionatını iki dəfə üstələyir. Zədəsi yenicə sağalmış Pavia öz çəki dərəcəsində yarışın favoriti hesab olunur.
Qadınlar arasında -48 kq çəki dərəcəsində London 2012 Olimpiya Oyunlarının bürünc medalçısı Çarlin Van Snik (BEL) mübarizə aparacaq. Çoxsaylı bürünc və gümüş medal sahibi olan idmançının Bakıda qızıl medal qazanacağı gözlənilir. Afina 2004 Olimpiya Oyunlarının bürünc medalçısı belçikalı gənc idmançı İlse Heylen -52kg çəki dərəcəsində yarışlara qatılacaq.
Serbiya Polşadan aşkar üstündür
Voleybol, 17:00-dan etibarən
Qadınlar arasında keçirilən voleybol yarışlarının yarımfinal mərhələsində Polşa Serbiya ilə üz-üzə gələcək. Serbiya komandası keçirdiyi 6 oyundan 5-də qalib olmaqla, qızıl medal uğrunda mübarizəyə qoşulan favorit komandalar sırasına daxil ola bilib.
Badminton yarışları sürətlənir
Badminton, 17:00-dan etibarən
Çərşənbə axşamı Bakı İdman Zalında başlayan badminton yarışları kişilər və qadınlar arasında təklər və cütlər olmaqla, fərqli mübarizə üsulları üzrə bölünüb.
Kişilərin təkbətək mübarizəsində 3 qələbə qazanaraq qrup mərhələsini adlayan və reytinqdə 2-ci yerdə olan Mişa Zilberman (İSR) oyunlardan hələ də ehtiyat edir: "Səkkizdəbir final mərhələsinə çıxan hər bir idmançı güclüdür. 16 idmançıdan 10-u ilə mübarizə mütləq çətin keçəcək. Əgər bütün gücü ilə çıxış etsələr, məğlubiyyət qaçılmaz olacaq. Hər şey püşkatmadan asılıdır. Heç bir qarşılaşma asan olmayacaq".
Hovuzdakı sıralama
Üzgüçülük, 18:25-dən etibarən
Cümə axşamı kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük üzrə yarışın final mərhələsində çıxış edəcək italiyalı Alessandro Miressi hovuzda Avropanın ən sürətli gənc üzgüçülərindən biri kimi sıralamada yer alacaq. Çərşənbə günü axşam keçirilən yarımfinal mərhələsində ən sürətli nəticə ilə (49.80 saniyə) yer tutan idmançı, növbəti mərhələ üçün britaniyalı Dunkan Skot (49.81) və həmyerlisi Alessandro Bori ilə (50.04) mübarizəyə qoşulacaq.