Heydər Əliyev prospektindəki avtoqəzada dünyasını dəyişən Britaniya vətəndaşıdır
“FiveCurrents” dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətinin bir üzvü dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, komandanın həmin üzvü Bakı 2015 Mərasimlərin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.
Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərildi. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.
Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk.