Azərbaycan yığması yarımfinalda!
23 iyun 2015 23:20
Bu gün Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, baş tutacaq 4 qarşılaşmadan sonra bütün yarımfinalçılar müəyyənləşib.
Azərbaycan millisi Hollandiya ilə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn voleybolçularımız yarımfinala yüksəlib - (25:21, 25:23, 25:14).
Millimiz yarımfinalda Türkiyə ilə qarşılaşacaq. Qeyd edək ki, qardaş ölkə təmsilçisi bu mərhələdə Rusiya yığması ilə qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Türkiyə millisi yarımfinala yüksəlib.